REGİONLAR


Neftçala Sənaye Məhəlləsinin rezidenti olmaq üçün 8 sahibkar müraciət edib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Neftçala Sənaye Məhəlləsinin rezidenti olmaq üçün artıq 8 sahibkar müraciət edib və hazırda bu müraciətlərə baxılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“Xarici sərmayədarlarla müzakirələr aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, Neftçala Sənaye Məhəlləsində avtomobil sənayesi yaradılacaq, balıq emalı və konservləşdirilməsi zavodunun yaradılması müzakirə olunur. Ümid edirik ki, bu məhəlləyə geniş investor marağı olacaq”, - deyə nazir müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.