REGİONLAR


Neftçalada dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili məsələsi müzakirə edilib

A+ A

Neftçala, 15 noyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dini icma rəhbərləri, dindarlar, ictimaiyyət nümayəndələri, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova tədbiri açaraq rayonda dini durumun sabit olduğunu bildirib, ənənəvi İslam dəyərlərinin daşıyıcılarının bir yerdə dinc yaşadığını, qaynayıb-qarışdığını, qohumluq əlaqələri qurduğunu qeyd edib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və İslami dəyərlərin qorunması, təbliği sahəsində həyata keçirilən tədbirlərdən, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb.

Qeyd olunub ki, dünyada dini radikalizm meyillərinin güclənərək bəşəriyyət üçün ciddi təhlükəyə çevrildiyi bir vaxtda Azərbaycanda müxtəlif xalqlar qarşılıqlı hörmət, əmin-amanlıq şəraitində yaşayır, bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə daim sayğı ilə yanaşırlar.

Tədbirdə, həmçinin dini cərəyanlar və onların fəaliyyət metodları haqqında da ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.