REGİONLAR


Neftçalada dövlət-din münasibətlərinə həsr olunmuş tədbir

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 29-da Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Neftçala Rayon İcra Hakimiyyəti və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində tədbir keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri Neftçala Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Elnur Bağırov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din siyasətindən, bu istiqamətdə qəbul edilmiş qanunvericilik aktlarından danışıb. Azərbaycanın demokratik, hüquqi, unitar, dünyəvi respublika olduğunu diqqətə çatdıran E.Bağırov bütün dinlərin qanun qarşısında bərabər olduğunu, təhsilimizin dünyəvi xarakter daşıdığını vurğulayıb.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərdən, dünyəvi dövlətlərdə dinin dövlət işlərinə qarışmasının törətdiyi fəsadlardan bəhs edib və bununla bağlı konkret nümunələr göstərib.

İctimai Birliyin digər nümayəndəsi, jurnalist Seymur Verdizadə mövzu ilə bağlı çıxış edərək tolerantlığın bizə ata-babalarımızdan miras qaldığını və bu ənənənin müasir dövrdə həm cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən qorunaraq davam etdirildiyini diqqətə çatdırıb. Sabitliyi pozmağa cəhd göstərən, buna meyilli olan şəxslərə, ilk növbədə, elə cəmiyyətin özünün sərt cavab verdiyini vurğulayan natiq qeyd edib ki, firavan, müstəqil vətənimizi qorumaq hamımızın borcudur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli isə dövlətin bu sahədə gördüyü işlərdən, yürütdüyü ardıcıl və səmərəli siyasətdən danışıb. O, həmçinin bu məsələdə dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvünün fəal iştirakının zəruri, vətəndaşlıq və insanlıq borcu olduğunu deyib.

Tədbir digər çıxışlarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.