REGİONLAR


Neftçalada geniş tikinti-abadlıq işləri aparılır

Neftçala, 20 iyul, Mahir Babayev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və ölkə başçısının müvafiq sərəncamlarının icrası bölgələrdə yeni infrastruktur və sosial layihələrin həyata keçirilməsini daha da sürətləndirib.

AZƏRTAC xəbər verir ki, bu işlərin davamı olaraq Neftçalada genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri həyata keçirilir.

Aparılan irimiqyaslı layihələr hesabına şəhərin siması ilbəil dəyişir, daha da gözəlləşir. Görülən abadlıq-quruculuq işləri çərçivəsində şəhərin küçələri, məhəllədaxili yollar və yaşayış binalarının həyətləri yenidən asfaltlanır, piyada səkiləri təmir edilir, hasarlar rənglənir, yeni işıqlandırma dirəkləri quraşdırılır. Çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilir, fasad hissəsi üzlük daşları ilə bəzədilir, giriş blokları və pilləkənlər təmir edilir. Şəhərin Kimyaçılar, Heydər Əliyev, Məhəmməd Əsədov, Uzeyir Hacıbəyov küçələrində yerləşən beşmərtəbəli yaşayış binalarının yararsız dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunur.

Quruculuq işləri çərçivəsində küçə və prospektlərin işıqlandırılması da nəzərdə tutulub. Artıq bir neçə küçədə işıqlandırma dirəkləri basdırılıb. Əlavə olaraq daha 100-ə yaxın işıqlandırma dirəkləri gətirilib. Bununla yanaşı, park, xiyaban, bulvar komplekslərində və yol kənarlarında yaşıllaşdırma işləri də aparılır. Əhalinin asudə vaxtının səmərəli keçməsi üçün şəhərdə yeni istirahət məkanları yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.