REGİONLAR


Neftçalada istehlakçı hüquqlarına və dövlət satınalmalarına dair tədbirlər təşkil olunub

A+ A

Neftçala, 28 oktyabr, Mahir Babayev, AZƏRTAC

Oktyabrın 28-də İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Neftçalada "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin 100-dən çox nümayəndəsi iştirak edib.

Konfransda çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının artdığını, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını diqqətə çatdırıb.

Sonra Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat veriblər.

Sonda istehlakçıların sualları cavablandırılıb, tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün Dövlət Xidməti tərəfindən rayonda fəaliyyət göstərən, malları və xidmətləri dövlət vəsaitləri hesabına satın alınan təşkilatların nümayəndələri üçün seminar da keçirilib.

“Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda keçirilən seminarda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.