REGİONLAR


Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Bakı, 21 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Neftçala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu aprelin 13-də Neftçala rayonunda işgüzar forum keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.