REGİONLAR


Neftçalada uzunluğu 25 kilometr olan suvarma kanal tikilir

A+ A

Neftçala, 25 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçala rayonunda uzunluğu 25 kilometr olan magistral kanalının tikintisi davam edir.

AZƏRTAC xəbər verir ki, kanal istifadəyə verildikdən sonra illərlə su çatışmazlığından əziyyət çəkən Xol zonasında 15 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Xol zonasının əhalisi uzun illər su çatışmazlığından əziyyət çəkib. Su qıtlığı ucbatından torpaq sahibləri əkin sahələrini vaxtlı-vaxtında suvara bilmir, bu da sahələrin məhsuldarlığa mənfi təsir göstərir. Nəhayət, sakinləri narahat edən bu problem dövlətin dəstəyi ilə öz həllini tapmaq üzrədir.

Kür çayından başlayaraq Akkuşa çayına kimi uzunluğu 25 kilometr olan magistral kanal ilə “Vlaqa” nasos stansiyasının tikintisi paralel aparılır. İş icraçısı Pənah İsmayılov AZƏRTAC-a bildirib ki, hazırda kanalın 3-cü kilometrliyində betonlama işləri gedir. Nasos stansiyasında isə diametri 1300 millimetr olan 4 boru xətti quraşdırılıb və onların ikisi hazır vəziyyətə gətirilib. Bunlarla yanaşı, magistral kanalda 14 ədəd alt keçid, 1 körpü və 1 su ötürücüsünün tikintisi də aparılır.

Eni 12 metr, dərinliyi 3 metr olan magistral kanaldan saniyədə 15 kubmetr su keçəcək, sakinlər öz əkin sahələrini normal qaydada suvara biləcəklər.

Bu ilin sonunadək kanalın 7 kilometrində betonlama işləri başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.