REGİONLAR


Neftçalada yeni qaz xəttinin çəkilişi ilə bağlı işlərin 70 faizi görülüb

A+ A

Neftçala, 2 noyabr, AZƏRTAC

Neftçalada ümumi uzunluğu 30 kilometr olan yeni qaz xəttinin çəkilişində işlər davam edir.

AZƏRTAC xəbər verir ki, inşasına ötən il başlanılan kəmərin tikintisi SOCAR tərəfindən həyata keçirilir. Rayon Qaz İstismarı İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, kəmər saatda 21 min kubmetr qazötürmə gücünə malik olacaq. Qazın 15 min kubmetri əhali, 6 min kubmetri isə qeyri-əhali abonentləri üçün nəzərdə tutulub. Kəmərin tikintisi ilə bağlı işlərin 70 faizi artıq görülüb. Quraşdırılma işləri tam başa çatdıqdan sonra kəmər Astara-Qazıməmməd xəttinə birləşdiriləcək. Kəmər rayonun gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.