REGİONLAR


Neftçalalı pambıqçılar bu il 22 min ton məhsul təhvil verməyi planlaşdırır

Neftçala, 13 avqust, Mahir Babayev, AZƏRTAC

Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək neftçalalı fermerlərin də bu strateji məhsula olan marağını artırıb. Elə bunun nəticəsidir ki, bu il rayonda fəaliyyət göstərən fermerlər əkin sahələrini genişləndirərək 11 min 141 hektara çatdırıblar.

Fermer İmaməddin Dadaşov AZƏRTAC-a bildirib ki, ötən il 60 hektar sahədə pambıq yetişdirərək hər hektardan 37 sentner məhsul götürüb. Bu il isə əkin sahələrini genişləndirərək 100 hektara çatdırıb. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən bol məhsul yetişib. Hər kolda 35-40 qoza var. Bu da göstərir ki, bu il hər hektardan 40 sentnerdən çox məhsul götürmək mümkün olacaq. Onun sözlərinə görə, indiyədək rayonun pambıq tarlalarında 5 dəfə becərmə, 3 dəfə ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. Sahələrin suvarılması da daim diqqət mərkəzində olub. Plantasiyalarda kompleks becərmə işləri avqustun axırlarına qədər başa çatdırılacaq.

Qeyd edək ki, bu il rayonda 22 min ton pambıq istehsalı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.