REGİONLAR


Neftçalanın Həsənabad qəsəbə tam orta məktəb binası əsaslı təmir olunur

A+ A

Neftçala, 25 avqust, Mahir Babayev, AZƏRTAC

Neftçalada 1176 şagirdin təhsil aldığı Həsənabad qəsəbə tam orta məktəbinin binası əsaslı təmir olunur.

AZƏRTAC xəbər verir ki, 1978-ci ildə istifadəyə verilən məktəb binasında 38 il ərzində təmir işi aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq, bu ilin iyul ayında məktəbin binasında əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə binanın dam örtüyü dəyişdirilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, sinif otaqları, fənn kabinələri, dəhliz və digər yardımçı otaqlar əsaslı təmir edilib, elektrik və su xətləri dəyişdirilib. Məktəbin 30 il əvvəl kəsilmiş istilik sisteminin yenidən quraşdırılması ilə bağlı müəyyən işlər görülür. Təhsil ocağının ərazisində də müəyyən abadlıq işləri aparılır, yeni idman qurğuları quraşdırılır.

Məktəb binasının təmiri yeni dərs ilinə kimi başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.