REGİONLAR


Neftçalanın Yenikənd və Tatarməhlə kəndlərində modul tipli məktəb binası quraşdırılır

Neftçala, 15 may, Mahir Babayev, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən Neftçalanın Yenikənd və Tatarməhlə kəndlərində ümumi orta məktəblər üçün modul tipli yeni məktəb binasının tikintisinə başlanılıb.

Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər k, bu il rayonda 6 modul tipli məktəb binası quraşdırılacaq. Binalar şagird kontingentinə uyğun olaraq 20-40 şagird yerlik olacaq. Binaların tikintisi üçün bütün sənədləşmə işləri başa çatdırılıb, kəndlərdə müvafiq yer seçilib. Artıq Yenikənd və Tatarməhlə kəndlərində yeni binaların bünövrəsi tökülüb və quraşdırılma işlərinə başlanılıb. İnşa olunması nəzərdə tutulan məktəb binalarının tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.