REGİONLAR


Neftçalanın əkin sahələrində dəmir-beton novlar yenisi ilə əvəzlənir

A+ A

Neftçala, 14 noyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada əkin sahələrini suvarmaq üçün şüşə lifli novlardan kanallar tikilir. Rayonda istismar müddəti başa çatan dəmir-beton konstruksiyalı novlar şüşə lifli novlarla əvəz edilir.

AZƏRTAC xəbər verir ki, hazırda rayonun Qırmızıkənd və Uzunbabalı kəndlərində novların dəyişdirilməsi işləri gedir. Cari il üçün nəzərdə tutulan 1 kilometrlik kanalın 700 metrində tikinti işləri başa çatdırılıb. İlin sonunadək daha 300 metr köhnə nov yenisi ilə əvəz olunacaq.

Sahə rəisi Əliyusif Abdullayev AZƏRTAC-a bildirib ki, yeni növ novların istismar müddəti 50 ildir. Bu da dəmir-beton novların istismar müddətindən 20 il çoxdur. Dərinliyi 1 metr olan şüşə lifli novlar sürüşkən olduğundan suvarma mövsümündə kanalda lillənmə halları və su itkisi də olmayacaq.

Qeyd edək ki, rayonda mövcud olan 54 kilometr uzunluğunda dəmir-beton nov tədricən yeni şüşə lifli novlarla əvəzlənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.