REGİONLAR


Neftçalanın taxıl zəmilərində 120 kombayn işləyir

Neftçala, 5 iyun, Mahir Babayev, AZƏRTAC

Neftçalada taxıl biçinin mütəşəkkil başa çatdırılmasını təmin etmək, habelə fermerlərə əməli kömək göstərmək məqsədi ilə lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bununla bağlı rayonda qərargah yaradılıb, konkret vəzifələr müəyyənləşdirilib. Rayonda 50 min 28 hektar sahədə payızlıq taxıl əkilib ki, bunun da 6 min 692 hektarını buğda, 43 min 336 hektarını arpa sahələri təşkil edir.

Havaların əlverişli keçməsindən istifadə edən Neftçala taxılçıları bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün rayonda biçim kompaniyasına hazırlıq işləri başa çatdırılıb və taxıl yığımına start verilib. Taxıl zəmilərinə 120 kombayn çıxarılıb. İlk olaraq arpa sahələrinin məhsulu yığılır. Qısa müddətdə 1765 hektar sahədə biçin aparılıb və məhsuldarlıq orta hesabla 22 sentner olub.

Qeyd edək ki, ötən il rayonda 10 min 909 taxıl istehsal olunmuş, hər hektardan 22,6 sentner məhsul götürülmüşdü. Mütəxəssislərin dediyinə görə, bu il sahələrdən daha çox məhsul əldə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.