İDMAN


“Neftçi” İK futzal üzrə Azərbaycan kubokunun qalibi olub

Bakı, 18 may, AZƏRTAC

“ABU Arena”da futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmadan əvvəl ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Neftçi” İK və “Araz” komandasının üzvlərinə təqdim edilib.

Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran “Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub.

Komandalara diplomu, medalları və kuboku beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.

Azərbaycan kubokunun final oyununda isə “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıblar. Qarşılaşma 7:5 hesabı ilə “Neftçi” İK-nin xeyrinə başa çatıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Nicat Qafarlı final matçının ən yaxşı oyunçusu seçilib. Mükafatları Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.