İDMAN


“Neftçi İdman Klubu”nun budoçuları dünya kuboku yarışında uğurla çıxış ediblər

Bakı, 22 iyul, AZƏRTAC

Lənkəranda budo döyüş növü üzrə keçirilən dünya kuboku yarışında “Neftçi İdman Klubu”nun yetirmələri uğura imza atıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Qazaxıstandan 400 idmançının qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib.

Peşəkarlar arasında təşkil olunan turnirdə klubun təmsilçiləri Nicat Heydərov (75 kq) və Mehralı Qasımov (95 kq-dan yuxarı) əzmlə mübarizə apararaq dünya kubokuna sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.