İDMAN


“Neftçi İdman Klubu”nun cüdoçuları açıq Bakı birinciliyində 6 medal qazanıblar

Bakı, 2 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. İyirmi üç yaşadək gənclər arasında təşkil olunan yarışda 23 komandadan 308 idmançı (280 oğlan, 28 qız) qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu” İctimai Birliyinin cüdoçuları paytaxt birinciliyinin 6 medalına (3 qızıl,1 gümüş, 2 bürünc) sahib olublar.

İki gün davam edən və 14 çəki dərəcəsi üzrə keçirilən yarışda xanım idmançılardan Ülviyyə Bayramova (52 kq) və Nigar Cəfərova (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cəmalə Muqumova (70 kq) gümüş, Aytac Quluzadə (48 kq) və Əsmər İsgəndərova (52 kq) isə bürünc medala layiq görülüblər.

Oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Muradov bütün qarşılaşmaları qələbə ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.