İDMAN


“Neftçi İdman Klubu”nun karateçiləri Avropa çempionatında 6 medal qazanıblar

Bakı, 12 may, AZƏRTAC

Serbiyanın Subotiça şəhərində karate-do üzrə Avropa çempionatı başa çatıb. Yarışda qitənin 30 ölkəsini təmsil edən 2 mindən artıq karateçi qalib adı uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun millimizin heyətində yer almış karateçilərindən 6-sı ölkəmizə medal qazandırmağa müvəffəq olub.

Klubun yetirmələrindən Sədi Namazov (21-39 yaş) kata yarışlarında Avropa çempionu adına yiyələnib. Kumite yarışlarında isə Həsən Quliyev, Rauf Aşrafov (hər ikisi 21-39 yaş), Eşqin Əsgərov (14-15 yaş, 57 kq), Abdulhüseyn Quliyev (10-11 yaş, 40 kq) və Nazim Bayramlı (12-13 yaş, 45 kq) qitə çempionatının bürünc medallarına sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.