İDMAN


“Neftçi İdman Klubu”nun karateçiləri Avropa çempionatında dörd medal qazanıblar

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Ukraynanın Çerkassı şəhərində karatenin WJKA versiyası üzrə beşinci Avropa çempionatı keçirilib. Yarışda 25 ölkənin idmançıları qüvvələrini sınayıblar.

AZƏRTAC xəbər verir ki, ölkəmiz çempionatda 10 karateçi ilə təmsil olunub ki, onlardan da 5-i “Neftçi İdman Klubu”nun yetirmələridir.

Klubun idmançıları yarışı 3 qızıl və 1 bürünc medalla başa vurublar. Sədi Namazov (21-39 yaş) kata yarışlarında rəqib tanımayaraq Avropa çempionu olub. Eyni yaş qrupunda mübarizə aparan Emin Məmmədov kumite növündə qızıl, Araz Babayev isə bürünc medal qazanıb. Digər karateçimiz Röyal Haqverdiyev isə 16-17 yaşlı idmançıların kumite yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.