İDMAN


“Neftçi İdman Klubu”nun yetirmələri 9 ayda 912 medal qazanıblar

Bakı, 10 oktyabr, AZƏRTAC

"Neftçi İdman Klubu”nun təmsilçiləri ilin doqquz ayı ərzində göstərdikləri əzmkarlıq sayəsində böyük uğurlara imza atıblar.

AZƏRTAC xəbər verir ki, idmançılar bu müddət ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda 341-i qızıl, 258-i gümüş və 313-ü bürünc olmaqla, ümumilikdə 912 medala sahib olublar.

Klubun təmsilçiləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5 (3 gümüş, 2 bürünc), Rio Paralimpiadasında isə 8 (1 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar.

Klubun yetirmələri dünya yarışlarında 18 (7 qızıl, 6 gümüş, 5 bürünc), Avropa yarışlarında 88 (34 qızıl, 13 gümüş, 41 bürünc), beynəlxalq turnirlərdə isə 193 medala (70 qızıl, 63 gümüş, 60 bürünc) yiyələniblər. Respublika yarışlarında 288 medal (113 qızıl, 73 gümüş, 102 bürünc) əldə edən atletlər, paytaxt turnirlərində 192 (62 qızıl, 62 gümüş, 68 bürünc), digər yarışlarda isə 120 medala (54 qızıl, 32 gümüş, 34 bürünc) sahib olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.