İDMAN
“Neftçi”-“Kəpəz” komandalarının oyununda hesab açılmayıb
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də futbol üzrə Topaz Premyer Liqasında XIX tur çərçivəsində növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, baş hakim Rauf Cabbarovun idarə etdiyi günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, flaqman çempionatda ardıcıl üçüncü qələbəsini qazana bilməyib.
Bu oyundan sonra “Neftçi” xallarının sayını 17-yə çatdıraraq altıncı sırada qərarlaşıb.
Aktivində 16 xal olan “Kəpəz” isə yeddinci pillədədir. Komandaların turnir cədvəlindəki mövqeləri isə dəyişməyib.
Turun digər görüşləri fevralın 19-da oynanılacaq. “Sumqayıt” komandası “AZAL”ı, “Qəbələ” isə Qarabağ”ı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]