İDMAN


“Neftçi” “Kəpəz”in qapısına iki cavabsız qol vurub

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb - 2:0.

Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.