İDMAN


“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib

Bakı, 7 iyul, AZƏRTAC

“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, təsisçinin qərarı ilə icraçı direktor vəzifəsi ləğv edilib, prezident və vitse-prezident vəzifələri təsis edilib.

“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.