İDMAN


“Neftçi” - “Şkendiya” oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb [YENİLƏNİB]

A+ A

Oyunun qarşılıqlı hücumlar şəraitində keçən birinci hissəsində rəqib komandanın ilk təhlükəli zərbəsi dirəyə dəyib. Buna cavab olaraq, görüşün 13-cü dəqiqəsində paytaxt təmsilçisi əks-hücum nəticəsində təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. 

İlk hissənin sonunda “Neftçi” əks-hücumdan fərqlənmək üçün daha bir əlverişli imkan əldə edib. Lakin Araz Abdullayevin zərbəsi qapıdan bir qədər aralı keçıb.

Beləliklə, matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

X X X 

20:00

Bakı, 14 iyul, Elşad Qəzvini, AZƏRTAC

İyulun 14-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, “8-ci kilometr” qəsəbə stadionunda oynanılan matçı Sergey Sinkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edir.

"Neftçi”nin start heyətində Kreşvan Santini, Jayro, Araz Abdullayev, Ruslan Qurbanov, Murad Ağayev, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Vançe Şikov, Məqsəd İsayev, Dario Melnyak və Edson Kastilyo yer alıblar.

“Şkendiya” komandasının ilk 11-liyində isə meydana Kostadin Zahov, Edzon Beytulay, Armend Alimi, Ardian Cuculi, Besart İbraimi, Feran Hasani, Maryan Radeski, Stenio Junior, Beşir Demiri, Blaqoja Todorovski, və Stefen Vuyiçiç çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.