İDMAN


“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb

Bakı, 15 dekabr, AZƏRTAC 

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi yenə əcnəbi oyunçu ilə vidalaşıb. Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən Vançe Şikovdan gedir. Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.

Qeyd edək ki, Vançe Şikovadək “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.