İDMAN


“Neftçi” ev oyununda “Sumqayıt”a məğlub olub

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də futbol üzrə Topaz Premyer Liqasında VI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu oyununda “Neftçi” komandası “Sumqayıt” klubunu qəbul edib. “Əlincə Arena”da keçirilən matçda ilk dəqiqələrdən hücuma keçən “Neftçi” 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora göndərib - 1:0. Qoldan 13 dəqiqə sonra “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev oyunda tarazlığı bərpa edib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, birinci hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar oyuna daha fəal başlayıblar. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq görüşdə hesab dəyişməyib və “Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, bu nəticə ilə 7 xal toplayan “Sumqayıt” “Kəpəz” ilə 4-5-ci pillələri bölüşdürür. “Neftçi” isə 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Altı turdan sonra “Qəbələ” 16 xalla turnir cədvəlinə başçılıq edir. Aktivinə 14 xal yazdıran “İnter” ikinci, “Qarabağ” komandası isə 13 xalla üçüncü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.