İDMAN


“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib

Bakı, 8 iyun, AZƏRTAC

“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Kamal Quliyev “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Kamal Quliyev 1997-2002-ci illər ərzində “Neftçi”də çıxış edib və 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş K.Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.

Eldəniz Yusifov isə 2005-2017-ci illərdə AZAL futbol klubunda müxtəlif vəzifələrdə çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.