İDMAN


“Neftçi” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, komandaya baş məşqçi vəzifəsinə Elxan Abdullayev təyin edilib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru postuna Orxan Hüseynzadə, inzibati işlər üzrə baş menecer isə İslam Abbasov təyin edilib.

Klub strukturunun dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.