İDMAN
“Neftçi” futbol komandası müdafiəçi Elnur Allahverdiyevi heyətinə cəlb edib
Bakı, 14 sentyabr (AZƏRTAC). Bakının “Neftçi” futbol komandası müdafiəçi Elnur Allahverdiyevi heyətinə cəlb edib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, futbolçu ilə ikiillik müqavilə imzalanıb. Futbolçu “Neftçi”də 14 nömrəli formanı geyinəcək.
Futbolçu bildirib ki, “Neftçi” mənim üçün doğma komandadır və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. “Neftçi” həmişə ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb.
Müdafiəçi qeyd edib ki, mənə göstərilən etimadı öz oyunumla doğruldacağam. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik.