İDMAN


“Neftçi” klubu Hüqo Barqas ilə birillik müqavilə imzalayıb

Bakı, 30 yanvar, AZƏRTAC 

Bakının “Neftçi” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, Argentinaəsilli fransız hücumçu Hüqo Barqas ilə bir il müddətinə müqavilə bağlanıb.

Otuz yaşlı futbolçu indiyədək Argentinanın “All Boyz”, Hollandiyanın “De Qraafşap”, “Zvolle”, İspaniyanın “Ximnastik”, Boliviyanın “Bluminq”, “Oriente Petrolero”, “Bolivar”, İtaliyanın “Kremoneze” və Ekvadorun “Deportivo Kuenka” klublarında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.