İDMAN


“Neftçi” klubu Katalin Tira ilə müqaviləyə xitam verib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC 

Bakının “Neftçi” klubu rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.