İDMAN


“Neftçi” klubu Rusiyada beynəlxalq turnirdə beşinci olub

Bakı, 12 iyun, AZƏRTAC

“Neftçi” futbol klubunun U-14 komandası Rusiyanın Mahaçqala şəhərində keçirilən “Caspian Cup” beynəlxalq turnirində beşinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, qrupda Tbilisi "Dinamo”su (1:5), Vladiqafqaz "Yunost”u (2:3) və Mahaçqala "Anji”si (0:5) ilə qarşılaşan “Neftçi” 5-8-ci yerlər uğrunda oyunlarda Qroznı "Ramzan”ına (1:0) və Vladiqafqaz "Yunost”una (1:0) qalib gəlib.

“Neftçi”nin turnirdə vurduğu 5 qoldan 3-nə Gülağa Əsədov, hərəyə birinə isə Mirəli Əhmədov və Yaşar Əhmədov imza atıblar.

Turnir daha iki əlamətdar hadisə ilə yadda qalıb. Yarışın ən yaxşı futbolçusuna “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. Bu şərəfə Tbilisi "Dinamo”sunun üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi”nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. M.Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.