İDMAN


“Neftçi” klubu iki futbolçu ilə heyətini gücləndirib

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

“Neftçi” klubu heyətini Azərbaycan və Gürcüstan milli komandalarında çıxış edən futbolçularla gücləndirib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Namiq Ələsgərov və gürcüstanlı müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb.

Namiq Ələsgərov “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında və U-17, U-19, U-21 yığmalarında çıxış edib. İyirmi bir yaşlı futbolçu hazırda Azərbaycan milli komandasının üzvüdür.

Georgi Navalovski isə “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila” (hər üçü Gürcüstan), “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno” (hamısı Rusiya) və Yunanıstanın “Veriya” klublarında forma geyinib. 2010-cu ildə Bakının “İnter” klubunun şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.