İDMAN


“Neftçi” klubu rumıniyalı hücumçu ilə müqavilə imzalayıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Bakının “Neftçi” futbol klubu rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, gənc hücumçu növbəti 1 il ərzində Bakı təmsilçisinin formasını geyinəcək.

2009-2010-cü illərdə İtaliyanın “Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb.

2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.