İDMAN


“Neftçi” klubu soydaşlarımıza müraciət ünvanlayıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

“Neftçi” futbol klubu Makedoniya və yaxınlığındakı ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciət Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Skopyedə keçiriləcək “Şkendiya”–“Neftçi” matçı ilə əlaqədar ünvanlanıb.

“Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniya və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” – “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər "Neftçi” tərəfindən biletlə təmin olunacaqlar", -deyə müraciətdə bildirilir.

Qeyd edək ki, iyulun 21-də “Filip II Makedonski” stadionunda keçiriləcək “Şkendiya” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.