İDMAN


“Neftçi” komandası “İnter”ə qalib gəlib

A+ A

Bakı, 9 fevral, AZƏRTAC 

Fevralın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu görüşü Bakıda “İnter” və “Neftçi” komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda “Neftçi”nin heyətində Daniel Seqovia, Namiq Ələsgərov, İqnasio Herrera Fernandes, rəqib komandadan isə Rauf Əliyev fərqləniblər.

On yeddi turdan sonra hesabında 39 xal olan “Qarabağ” klubu turnir cədvəlinin lideridir. “Qəbələ” 38 xalla ikinci, “İnter” 29 xalla üçüncü pillədə qərarlaşıblar. Sonrakı yerləri isə müvafiq olaraq “Sumqayıt” (22 xal), “Zirə” (21), “Kəpəz” (15), “Neftçi” (13) və AZAL (8) komandaları tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.