İDMAN


“Neftçi” milli komandamızın üzvü ilə müqavilə bağlayıb

A+ A

Bakı, 12 yanvar, AZƏRTAC 

Bakının “Neftçi” futbol klubu transfer işlərini davam etdirir.

Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda millimizin üzvü Ruslan Abışovla ilyarım müddətinə müqavilə bağlayıb.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər-Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ” və “İnter" klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.