İDMAN
“Neftçi” mövsümə qələbə ilə başlayıb VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, mövsümün açılış turunun ilk oyun günündə futbol azarkeşləri əvvəlcə AZAL–“Neftçi” matçını izləyib. “Neftçi” bu matçda qələbəyə daha iddialı olub. Heyətinə bir sıra futbolçu cəlb edən Vəli Qasımovun komandası açılış oyununda səfər qələbəsinə sevinib-0:2.
Komandalar görüşün ilk hissəsində qırmızı vərəqə almaqla yadda qalıb. Ruslan Nəsirli, Jairo meydandan qovulub. Qonaqların hər iki qolu isə ikinci hissəyə təsadüf edib. “Neftçinin heyətində əvvəlcə Elvin Bədəlov (60), ardından Rəhman Hacıyev (70) fərqləniblər.
Hazırda günün son oyunu oynanılır. Ötən mövsümün bürünc mükafatçısı “Zirə” doğma meydanda “Sumqayıt” klubunu qəbul edir. Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]