İDMAN


“Neftçi” qalib olduğu oyunda məğlub vəziyyətə düşüb

A+ A

Bakı, 18 sentyabr, Elşad Qəzvini, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk oyun günündə sonuncu matç keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakının “İnter” komandası eyniadlı arenada “Neftçi” klubu ilə üz-üzə gəlib. Meydan sahibi hesabda geri olduğu oyunu sonda öz xeyrinə dəyişməyi bacarıb. Dövrünün ən böhranlı vaxtını keçirən “Neftçı” isə yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi ilə ilk məğlubiyyətinin acısını yaşayıb.

Belə ki, matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qollar ikinci hissənin sonlarına təsadüf edib. Qonaqlar görüşün 67-ci dəqiqəsində istəyinə çatıb və “Neftçi” on bir metrlik cərimə zərbəsi qazanıb. Araz Abdullayev penaltini dəqiq yerinə yetirib. Buna baxmayaraq, oyunun sonlarına yaxın meydan sahibləri qarşılaşmada dönüş etməyi bacarıb. Rauf Əliyev 87-ci dəqiqədə hesabı bərabərləşdirib. Final fitinə az qalmış yenə R.Əliyev dubl edib və komandasına üç xal qazandırıb. Qarşılaşma “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “İnter” qalibiyyət sayəsində xal ehtiyatını 11-ə yüksəldərək turnir cədvəlinin lideri olub. “Neftçi” isə üç xalla yeddinci pillədə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” - AZAL və “Qarabağ” – “Zirə” matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.