İDMAN


“Neftçi” yoxlama oyununda qələbə qazanıb

Bakı, 15 iyul, AZƏRTAC

“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Neftçi” komandası “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.