İQTİSADİYYAT


Neftçilər prospektində iki qatar relsi sökülüb

A+ A

Bakı, 9 yanvar, AZƏRTAC 

Ötən həftənin istirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi “Azəravtoyol” ASC tərəfindən sökülüb. Bununla da, həmin hissədə sökülən relslərin sayı 2-yə çatıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində istifadəsiz qatar relsləri sökülərək, yerləri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qeyd olunub ki, qatar relslərinin sökülməsi şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.