İQTİSADİYYAT


Neftçilər prospektinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır VİDEO

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçmələrini tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.