İDMAN


“Neftçi”nin növbəti rəqibi Özbəkistan klubu olacaq

A+ A

Bakı, 9 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək.

Klubdan AZƏRTAC-a bildiriblər ki, rəqib Özbəkistanın "Nasaf” komandası olacaq. “Bellis Deluxe” otelinin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb və görüşdə hesab açılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.