İQTİSADİYYAT


Neftin qiyməti OPEC-in hasilatı məhdudlaşdıracağı xəbərləri fonunda bahalaşıb

A+ A

Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neftin qiyməti ABŞ-da prezident seçkilərindən öncə bazardakı qeyri-müəyyənlik, eləcə də Əlcəzairin OPEC-in növbəti sammitində hasilatı idarə edə bilmək üçün ölkələr üzrə kvotaları müəyyən edəcəyinə inandığını açıqlaması fonunda bahalaşmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin enerji naziri Nurəddin Buterfe “APS” xəbər agentliyinə müsahibəsində OPEC-in sentyabr ayında Əlcəzairdə istehsalın məhdudlaşdırılmasına dair qərarının geri dönüşü olmadığını deyib. Əlcəzair OPEC-in növbəti sammitində hasilatı idarə edə bilmək üçün ölkələr üzrə kvotaları müəyyən edəcəyinə inandığını bildirib.

Hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 44,90 dollara, “Brent” markalı neftin bir barreli isə Londonun ICE birjasında 46,26 dollara satılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.