İQTİSADİYYAT
Neftin qiyməti Rusiya və İraqın açıqlamaları fonunda 4 faizdən çox bahalaşıb
Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neftin qiyməti Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin neft hasilatını “dondurmağa” hazır olduğunu açıqlaması, eləcə də İraqın Neft Nazirliyinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin bu ayın sonundakı sammitində qiymətin bahalaşması məqsədilə neft istehsalının məhdudlaşdırılması razılaşmasına dəstək verəcəyi istiqamətində nikbin şərhləri fonunda 4 faizdən çox bahalaşıb.
AZƏRTAC xəbər verir ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 48,55 dollara, “Brent” neftinin bir barreli isə Londonun ICE birjasında 49,17 dollara satılır. Son bir gündə həm “Layt”, həm də “Brent”in qiyməti 4 faizdən çox bahalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]