İQTİSADİYYAT


Neftin qiyməti son 1 ayın ən aşağı səviyyəsinə düşüb

Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC

Neftin qiyməti son 1 ayın ən aşağı səviyyəsinə düşüb. Bu, “qara qızıl”ın qiymətinin mayın 8-dən indiyədək minimum göstəricisidir.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun “ICE” birjasında 48,82 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun “NYMEX” birjasında 46,09 dollara alıcı axtarır.

Neftin qiymətinin ucuzlaşmasına səbəb isə ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz şəkildə artım göstərməsidir. Bundan başqa, investorlar Qətər və bəzi ərəb ölkələri arasındakı böhranın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair sazişə mənfi təsir edəcəyindən narahatdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.