İQTİSADİYYAT
Neftin qiyməti son 3 həftənin ən aşağı səviyyəsinə yaxınlaşır
Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC
Neftin qiyməti son 3 həftənin ən aşağı səviyyəsinə yaxındır.
AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun “ICE” birjasında 49,26 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun “NYMEX” birjasında 47,24 dollara alıcı axtarır.
Qətər və Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlığı həll etmək məqsədilə sərf edilən diplomatik səylərin dünyanın enerji istehsal edən ən böyük bölgəsindəki gərginliyi sakitləşdirməsi fonunda neftin qiyməti son üç həftənin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Küveyt əmirinin Qətər və Səudiyyə Ərəbistanı arasındakı münaqişəni həll etmək üçün çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək. Neftin qiyməti isə aşağı səviyyəyə düşməzdən əvvəl bazar ertəsi günü qəflətən bahalaşıb. Bölgədə baş verən gərginlik və təklif çoxluğu qlobal neft bazara az təsir edib.
Neftin qiyməti ABŞ-da artan təklifin OPEC və müttəfiqlərinin hasilatın azaldılması sazişinə qarşılıq verəcəyi narahatlığı ilə 50 dollar/barreldən aşağı düşüb. ABŞ-da neft ehtiyatlarının azalmasına baxmayaraq hasilat artaraq 2015-ci ilin avqust ayından bu yana ən yüksək səviyyəyə çatıb.