DÜNYA


Neftin qiymətinin ucuzlaşması Rusiya şirkətlərinin sərmayələrinə az təsir edib

A+ A

Bakı, 21 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Neftin qiymətinin ucuzlaşması Rusiyanın neft və təbii qaz şirkətlərinin sərmayələrinə az təsir edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu qənaətdədir.

EIA-nın şərhində neftin qiymətinin ucuzlaşmasının Rusiya hökumətinin neft və təbii qaz istehsalından əldə etdiyi gəlirlərdə əhəmiyyətli itkilərə səbəb olduğu deyilir. Lakin buna baxmayaraq, neftin qiymətinin ucuzlaşması Rusiya şirkətlərinin sərmayələrinə az təsir edib.

Bildirilir ki, ölkənin ən böyük neft şirkəti olan “Rosneft”in axtarış-istehsal fəaliyyəti üzrə sərmayələri 2015-ci ildə 30 faiz, bu ilin ilk yarısında isə 33 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.