DÜNYA


Neftin qiymətinin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanında nazirlərin maaşı 20 faiz azaldılıb

A+ A

Bakı, 27 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Qlobal bazarda neftin qiymətinin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanında nazirlərin maaşının 20 faiz azaldılmasını da əhatə edən bəzi iqtisadi islahatlar aparılıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”ya istinadla xəbər verir ki, ölkə rəhbərliyi dövlət məmurlarının maaşlarını azaltmaqla ucuzlaşmaqda davam edən neft qiymətinin büdcə yükünü zəiflətməyə çalışır. Kral tərəfindən bəzi dövlət işçilərinin maaşlarında tənzimləmələr aparılıb. Nazir və nazir səviyyəsindəki dövlət rəsmiləri, Şura Məclisi üzvləri, birinci dərəcəli dövlət məmuru olanlar və digər yüksək vəzifəli dövlət işçilərinin maaş və mükafatları azaldılıb. Belə ki, nazirlərin maaşları 20 faiz, Şura Məclisi üzvlərinə ödənilən mükafatın məbləği və illik əlavə ödəmələr 15 faiz azaldılıb.

Qeyd edək ki, neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar Səudiyyə Ərəbistanında ötən ilin dekabrında benzin 80 faizə qədər bahalaşmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.