MƏDƏNİYYƏT


Nəğməkar şair Ənvər Əlibəylinin 100 illik yubileyi qeyd ediləcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Oktyabrın 7-də şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən söz açılacaq, şeirləri səsləndiriləcək. Gecədə, həmçinin şairin şeirlərinə bəstələnmiş nəğmələr ifa ediləcək.

Qeyd edək ki, Ənvər Əlibəyli 1916-cı il aprelin 1-də Bakıda anadan olub. 1968-ci il mayın 7-də dünyasını dəyişən şair vətənpərvərlik mövzusunda yazılmış bir çox şeirlərin, poema və povestlərin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.