DÜNYA


Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 33-ə çatıb VİDEO

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Nepalda leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 33-ə çatıb, 23 nəfər isə itkin düşüb.

AZƏRTAC “France-Presse” informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlər arasında ən azı iki uşaq da var. Onlar paytaxt Katmandu şəhərindəki məktəb binasının uçması nəticəsində həlak olublar.

İyulun 26-dan başlayan leysan yağışları Nepalın bir neçə rayonunda daşqına və torpaq sürüşmələrinə səbəb olub. Yerli əhali təbii fəlakətin hökm sürdüyü əraziləri tərk etmək məcburiyyətində qalıb. Çay sahillərində yerləşən bir çox tikili dağılmaq təhlükəsi ilə üzləşib. Qonşu rayonlarda xidmət edən polis bölmələri zərər çəkən insanlara yardım etmək məqsədilə daşqının baş verdiyi ərazilərə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.